12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |    

"Avqustun 5-də bütün məhdudiyyətləri götürə bilmərik" - Deputat

30.07.2020 - 272 - Sosial

"Yumşalma çox çevik, addımlı olmalıdır. Avqustun 5-dən sonra dövlət olaraq bütün məhdudiyyətləri götürə bilmərik. Məhdudiyyətlər qismən müxtəlif sahələrdə qalmalıdır. Ancaq coğrafi və lokal təhlillər göstərməlidir ki, hansı yerdə hansı qərarlar verilə bilər".

Showxeber.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Şahin Seyidzadə AzTV-də yayımlanan "Koronovirus İnfo"da deyib. Deputat təhsildən də söz açıb:

"Çox vaxt valideynlər mənə təhsillə bağlı sual verirlər ki, sentyabrın 15-dən sonra dərslər başlayacaqmı?

Azərbaycan dövləti nadir ölkələrdən biridir ki, yoluxanlar arasında uşaqların sayı, demək olar ki, sıfırdır. Biz 1 milyon 500 min şagird-müəllim kollektivini qoruya bilmişik. Bu çox ciddi bir nəticədir.

Təhlillər göstərir ki, müsbət trend var, sərt karantin rejiminin artıq müsbət nəticələri var və əhalinin də bunda çox böyük töhfəsi olub. Qaydalara riayət edən əhaliyə təşəkkür edirik.

Ancaq bizim məqsədimiz müharibəni udmaqdır və müharibə tək bizim ölkəmizdə deyil, dünyanın 190 ölkəsindədir". 





Showxeber Bizi instagramda izləyin



Xəbər xətti