Məşhur müğənninin kartından pulu qızı “oğurlayıb“

Məşhur müğənninin kartından pulu qızı “oğurlayıb“

Maqazin 30-iy, 13:18 66
Xəbər verdiyimiz kimi, müğənni Demet Akalın ötən gün kredit kartından pul oğurlandığını iddia etmişdi.

Showxeber.Az Yenisabah.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama yayan müğənninin həyat yoldaşı ortada fırıldaqçılığın olmadığını deyib.

O bildirib ki, kartdan pul çəkən müğənninin öz qızı olub.

Belə ki, 4 yaşlı Hira yüklədiyi oyun üçün 4 avro pulu anasının kartından ödəyib.

"Demet səhər hesabından pul çıxarıldığını görüb, şok olmuşdu. Kiminsə ona qarşı fırıldaqçılıq etdiyini düşünüb.

Banka zəng etdik, məsələni aydınlaşdırdılar. Hiranın oynaması üçün yüklədiyimiz bir oyun üçün hesabımızdan 4 avro pul götürülüb. Ortada fırıldaqçılıq yoxdur" - deyə, sənətçinin həyat yoldaşı Okan Kurt açıqlama verib.
Oxşar xəbərlər