Azərbaycanda 279 nəfər koronavirusa yoluxdu,

Azərbaycanda 279 nəfər koronavirusa yoluxdu, 592 nəfər sağaldı

Sosial 01-avq, 17:06 41
Azərbaycanda koronavirus infeksiyasına  279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Bu barədə Showxeber.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış   6 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, aktiv xəstə sayı 5 229-dur. 


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 283, ötən müddət ərzində isə ümumilikdə 732 236 test aparılıb.
Oxşar xəbərlər