11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Bakıda özəl klinika xərçəng xəstəsinə sətəlcəm diaqnozu qoyub - İDDİA

3.08.2020 - 314 - Sosial

“Atamı 15-20 iyun arası yəni 1 həftə "HB Güvən Klinikası"na yerləşdirdik. İlk və son çıxış vaxtının vəziyyətinə baxın. Onu doktor Vasif İsmayılın tövsiyəsi ilə "HB Güvən Klinikası"na apardıq. Atama səhv diaqnoz qoyaraq həyatını məhv elədilər. 2700 manat pul ödəməyimi istədilər. Ödədim. 15 iyunda "sətəlcəm" deyə guya "müalicə" edib daha da ağırlaşdırdılar. Dedik bəlkə onkomarkerlər də verilsin? Dedilər yox lazım deyil”.


Showxeber.Az Bizimyol.info-ya istinadən  xəbər verir ki,bu məlumatı sosial şəbəkə hesabında jurnalist Zamiq Məmmədli paylaşıb. Onun iddiasına görə, Qarabağ əlili olan atasına yanlış verilən dərmanlar mədə qanamasına səbəb olduqdan sonra xəstəxana onu müalicə etmək istəməyib.

“HB Güvən"də yazılan ağır dərmanlar (təxmini 200 AZN da HB həkimi Nazxanım Qasımovanın yazdığı dərmanlara ödəmişdik) mədəsindəki yarları deşib qanaxma vermişdi. Artıq ağzından qan gəlirdi... "HB Güvən Klinikası"nın yazdığı müalicəni dayandırdıq. Həkimi dedi ki, mənlik deyil... 20 iyunda atamı "HB Güvən Klinikası"ndan çıxardıq. Xəstəxanadan çıxanda onun metastaz vermiş onkoloji mədə xəstəsi olduğunu Onkoloji instituta apararaq müəyyən etdik.
Zamiq Məmmədlinin atası
Atam 26 iyulda vəfat etdi.
1-ci qrup Qarabağ əlili idi. "HB Güvən"dən heç olmasa üzürxahlıq istədim, həkimi Nazxanım Qasımova adlı biri idi, Mansur adlı baş həkimə, Rəşad Zeynalov adlı direktorlarına dəfələrlə yazdım, ya cavab gəlmədi ya da dedilər ki, get hara istiyirsən şikayət elə. Hazırda məhkəməyə iddia ərizəsini hazırlayıram. Ora xəstəxana deyil, qəssabxanadır!

Həmin o klinikada 1 həftə ərzində sadəcə ağrıkəsicilər, (nədənsə revmotestlər??), sidiyin-qanın ümumi analizini dəfələrlə götürüb damarını deşik deşik etmişdilər. Adicə natrium-xlorid sistemi qoşaraq ödədiyim depoziti silməklə məşğul olublar... Mən soruşdum kii, 2700 manata nə edilib? Niyə bu ağırlaşdı? Cavab verən olmadı. Sonra özümüz xərçəngdən şübhələnib atamı Onkologiyaya apardıq. Məlum oldu ki, atamda ağırlaşmış onurğa-mədə xərçəngi var... "HB Güvən Klinikası" isə pul qazanmaq üçün atama "sətəlcəm" deyib 1 həftə boyunca pul yemək üçün sadəcə işkəncə veriblər”,- deyə jurnalist bildirib.

HB Güvən Klinikası ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı.Məsələni araşdırmağa davam edəcəyik və qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti