4.08.2020 - 268 - Sosial
Bu gün səhər saatlarında vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun harada dəfn olunacağı məlum olub.
Showxeber.Az Azxeber.com-a istinadən xəbər verir ki, F.Heydərov bu gün 1-ci Fəxri Xiyabanda dəfn olunacaq. Artıq xiyaban əməkdaşları məzarın hazırlanmasına başlayıblar.
Qeyd edək ki, 82 yaşlı F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.