5.08.2020 - 275 - Sosial
1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin bacısı koronavirusdan dünyasını dəyişib.
Showxeber.Az xəbər verir ki, Bakıda yerləşən 2 saylı Emin Əfəndiyev adlı şəhər klinikasının 40 illik tibb bacısı Nəbiyeva Tamilla Çoban qızı COVİD-19 səbəbindən vəfat edib.
Həkimlərin və yaxınlarının səylərinə baxmayaraq, T.Nəbiyevanın həyatını xilas etmək mümkün olmayıb.
ELMAN MƏMMƏDOV