11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Fəzail Ağamalı: “Qeyri-ərzaq mağazaları ciddi karantin qaydaları tətbiq olunmaqla açılmalıdır”

6.08.2020 - 306 - Sosial

"İlk olaraq, indiki çətin vaxtda dövlətin əlavə yüklənməsinin tərəfdarı deyiləm”.

Showxeber.Az Sfera.az-a istinadən  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat  Fəzail Ağamalı deyib.


O bildirib ki, bu bəladan daha az iqtisadi və maliyyə itkisi ilə çıxmalıyıq: "SMS qaydasının ləğv edilməsi ilə insanların küçələr axışdığını müşahidə edirik. Əgər biz insanların küçələrdə, meydanlarda kütləvi şəkildə gəzintisini görürüksə, niyə ayrı-ayrı müəssisələrdə iş bərpa olunmasın? Marketlərdə insanların sayı daha çoxdur, nəinki mebel mağazalarında. Hansısa əşyanı almaq üçün qeyri-ərzaq mağazalarına gedən insanların sayı marketə gedənlərdən azdır. Ayrı-ayrı qeyri-ərzaq mağazaları ciddi karantin qaydalarının tətbiqi ilə açılmalıdır. Karantin rejimi qaydalarına vətəndaşların riayət etməsini tələb etməklə, insanların işləməsinə şərait yaratmalıyıq. "Sədərək” Ticarət Mərkəzindən, "Mall”lardan, digər ticarət mərkəzlərindən insanlar evinə çörək aparır. Niyə bu müəssisələr bağlı qalıb?”


Deputat bildirib ki, Azərbaycanda testin qiyməti də kifayət qədər bahadır: "Bu məsələyə də ciddi şəkildə baxılmalı, testin qiyməti minimuma endirilməli, mümkün olsa, pulsuz olmalıdır”. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti