04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

"Yaxşı ki, həmin insan artıq həyatımda yoxdur, ayrıldım" - Fatimə ağladı

7.08.2020 - 270 - Maqazin

"Sevməyənlərim kimi, məni sevən insanlar az deyil. Həyatımda ən böyük dəstəyim, hər addımımı düşünən anamdır (ağlayır). Evdən çıxanda onu o qədər öpmüşəm, anasız mənə çox çətin olar. O, mənim üçün hər şeydir. 71 yaşı var, deyir həyatda heç nə görmədim. Atam yaraşıqlı kişi olub, gözəl xanımları bəyənib. Anam da onu qısqanıb. Atam xəstə olanda anamdan o qədər yapıçmıçdı ki, səni incitdim, haqqını halal elə. Deyirəm, anamdan elə qorxuram ki... Son vaxtlar insanlar ana-ata itirir, yaşlılar gedir. Çox qorxuram, onsuz nə edərəm. Mənim üçün dua edən, hər şeyindən keçən bircə anamdır". 

Showxeber.Az Axşam.az-a istinadən  xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Həyat, sevgi, göz yaşı" proqramında deyib. Anasından bəhs edən sənətçi göz yaşlarını saxlaya bilməyib. Fatimə anasını incitdiyini etiraf edib:

"Mələk deyiləm... Yalan da danışmayım. Hərdən anamı çox inctmişəm".

İlk ailə qurmasından söz açan sənətçi peşmançılığını gizlətməyib:

"Özümü heç vaxt bağışlamayacam, valideynlərimin sözünə qulaq asmadım. Onlar mənə "yox" dedilər, onlara qarşı çıxdım. Ailə qurdum və çox peşmanam. O insana görə valideynlərimə qarşı çıxmağa və özümə qəsd etməyə dəyməzdi. Həmin sevgidən zərbə aldım, amma qız övladı qazandım. İndi ona görə ağlamıram. Düşünməsin ki, ona görə göz yaşı tökmüşəm və tökürəm. Yox, mən bədbəxt deyiləm. Xoşbəxtəm, gözəl həyatım var, yaxşı ki, həyatımda yoxdur. Qızımı böyütdüm, elə tərbiyyə verdim ki...".

Fatimə "Yoldaşınız övladından niyə imtina etdi? Ayrılan qadın övladına halal çörək də yedizdirəndə " sualına isə belə cavab verib:

"Elə insan var ki, uşağını atır. Eləsi də var ki, övlad üçün yalvarar. Çətin günlər yaşadım və anamla birlikdə ayağa qalxdım. Rəqqasəlik oldum, hamı bizdən üz döndərdi. Atamın yaxşı vaxtlarında hamı evimizdə olardı, anam süfrə açardı. İllər keçdi hamıya sübut etdim ki, boşanmış, rəqqasə də ayaqüstə durar, sınmadan övladını böyüdər".

Sənətçi ikinci dəfə ailə qurmasından söz açıb:

"Qızım balaca olanda ailə qurdum. Düşünmürdüm ki, ailə qurmaram. Biz qadınlar pişik kimiyik, aldanmaya da dözərik. Amma elə məqam gəlir ki, qapını örtüb getməlisən. Şükür edirəm ki, qarşıma indiki həyat yoldaşım çıxdı. Onu tanıyanda övladımın 12 yaşı var idi. Ona deyirik ki, artıq babasan. Hüseynlə Aydan arasında "atamız ayrıdır" fikri yoxdur".





Showxeber Bizi instagramda izləyin



Xəbər xətti