09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

Əməkdar artistdən şou əhlinə: “Etirazın yeri yoxdur"

7.08.2020 - 280 - Maqazin

“Bu xəstəlikdən əziyyət çəkənlər  var ki,  vəziyyətləri çox pisdir, acınacaqlıdır”

“Pandemiya tam  qurtarmalıdır. Sonra hamı kimi  işimizə  qayıdarıq”

Son günlər sosial şəbəkələri şou əhlinin etiraz paylaşımları “bəzəyir”. Onlar  xüsusi karantin rejiminin  uzadılmasına, toylara qoyulan qadağaya üsyan edir, maddi sıxıntılarından söz açırlar. Şübhəsiz hər zaman lüks həyatları ilə diqqət çəkən, cəmiyyətin varlı təbəqəsi olaraq bilinən müğənnilərin  giley-güzarı insanların qəzəbinə tuş gəlir. İndiki gərgin vəziyyətdə minlərlə yoxsul ailənin  evində bir quru çörək belə yoxkən, onlar bahalı maşınlarından xalqa səslənirlər. Sağlamlığımız naminə görülən tədbirlərə qarşı çıxırlar. Buna müğənillər – Niyam Salami, Nura Suri, Səidə Sultan və başqalarını misal göstərmək olar.   

Bəs gəlin görək  digər sənət adamları  həmkarlarının  davranışları haqqında nə düşünür?

Sualımıza cavab tapmaq məqsədilə sevilən xanəndə, əməkdar artist  Babək Niftəliyevlə əlaqə saxladıq.  Sənətçi “Sherg.az”la fikirlərini bölüşdü:

“Cənab Prezidentimiz pandemiya ilə bağlı ciddi tədbirlər  görür. Virusa qarşı vuruşanlar – həkim, polis və media işçiləri böyük əziyyətlər çəkirlər.  Hələlik qaydalara əməl etməliyik,  çünki  bizim xeyrimizədir.  Ölkə başçımız və dövlətimiz nə deyirsə,  onunla getməliyik.  Etiraz etməyin yeri yoxdur. Bu xəstəlikdən əziyyət çəkənlər  var ki,  vəziyyətləri çox pisdir, acınacaqlıdır. İnfeksiya bir  nəfərdən başqalarına yoluxa bilir. Ona görə  də belə şeylərə yol vermək olmaz. Pandemiya tam  qurtarmalıdır.  Sonra hamı kimi  işimizə  qayıdarıq. Biz də neçə aydır işimizdən qalmışıq”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti