11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Meyxanaçı müğənni Asif: “Hazırda istedaddan çox maddiyyata önəm verilir”

8.08.2020 - 349 - Maqazin

O, ifa etdiyi “Gecə-gecə” mahnısı ilə bir anda sosial şəbəkələrdə fenomenə çevrilib.

 Öncələr musiqili-meyxanalar ifa etsə, efirlərə çıxsa da, tamaşaçının diqqətini çəkə bilməsə də, hazırda qısa müddətdə ən çox dinlənilən mahnının ifaçısıdır.

Onun “Gecə-gecə” mahnısı üç ay ərzində 15 milyon baxış sayı yığıb. 


Bu dəfə müsahibim gənc ifaçı Asif Məhərrəmovdur.  O, Showxeber.AZ-a müsahibə verib.
 
- Son ifa etdiyiniz mahnı 15 milyon dəfədən çox baxılsa da, insanlar sizi tam olaraq tanımır. Özünü oxucularımıza təqdim et.

- Mən Məhərrəmov Asif 1988-ci il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olmuşam. Əslim Qərbi Azərbaycandandı. Ailədə 5 nəfərik.

Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişəm. Əlibaba Məmmədovun tələbəsi olmuşam. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada müğənnisi fakültəsinə daxil olmuşam.

- Necə oldu ki, musiqi ilə məşğul olmağa başladın?

- Orta məktəbdə oxuyanda meyxanaya həddindən çox marağım var idi.

Üzərimdə işlədim, baxdım ki, məndə alınır. Musiqi məktəbində oxuduğum üçün, musiqi təhsilim olduğundan başladım ilk öncə özüm üçün mahnılar yazıb, bəstələməyə. Gözəl də alındı.

- Hansısa sənətkarlardan sənə dəstək olubmu?

- Hansısa sənətkarlardan dəstəyim olmayıb. Mənə bu sahədə dəstək ancaq ailə üzvlərim verib.

- Özünü şou-biznesdə görürsənmi?

- Qalmaqallarla gündəmdə olmaq sənətkar olmaq deyil.

 Şou-biznesə gəldikdə, Azərbaycanda şou-biznes yox dərəcəsindədir. Fikrimcə, sənət yalnız xalq tərəfindən sevilməkdir. Bu mənim subyektiv fikrimdir.

- Haqsızlıqla rastlaşmısan?

- Haqsızlıq təbii ki, olur. Tək mənə yox, hər bir sənətçiyə haqsızlıq olub nə vaxtsa.

- Mahnılarını kimsə ifa edibmi?

- Bəli, mahnılarımı bir neçə müğənnilərimiz ifa edib. Nazənin xanım "Çıxaq gedək buralardan" mahnımı ifa edib. Çoxdur, sadalamaqla bitməz.

- Kimdən halallıq almaq istərdin?

- Həyatda halallıq almaq istərdim o kəslərdən ki, mənim hansısa bir işimdə haqqı olub. Onlardan halallıq istəyərdim.

- Niyə istedadı olmayanlar efirdədir, istedadı olanlar yox?

- Çünki hazırda istedaddan çox maddiyyata önəm verilir. Məhz o səbəbdəndi ki, istedadlılar itir-batır. Məncə ilk öncə bunun qarşısı alınmalıdır, istedadlılara üstünlük verilməlidir.

- Arzun nədir?

- Həyatda ən böyük arzum özümü layiq olduğum yerdə görməkdir.

- Şou-biznesdə dostun varmı?

- Mənim ümumiyyətlə dostum yoxdur sənətdə. O işdə ki rəqabət var, dostluq ola bilməz. Həyatda dostum var.

- Həyatda peşman olubsan?

- Allaha çox şükürlər olsun ki, hələ peşman olmaq üçün bir səbəb olmayıb. Çox şükür.

- Niyə efirlərdə yoxsan?

- Şou-biznesin aşağı səviyyədə olması bir yox, bir neçə müğənniyə görədir.

Müğənnini xalq sevməlidir. Müğənni xalqın dəvəti ilə, xalqın istəyi ilə efirdə olmalıdır. Gündəmdə də olmalıdır. Müğənnini xalq özü sevməlidir. Müğənni özünü sənəti ilə sevdirməyi bacarmalıdır.

- Yaradıcılığında nə kimi yeniliklər var?

- Hazırda yaradıcılığımda müəyyən yeniliklər var ki, onların üzərində çalışırıq. İnşallah, fərqli səpkilərdə olacaq.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti