“İkinci dalğa daha yüngül formada baş verəcək” -

“İkinci dalğa daha yüngül formada baş verəcək” - Professordan AÇIQLAMA

Sosial 08-avq, 23:09 62
Azərbaycanda gündəlik koronavirusa yoluxanların sayı sürətlə aşağı düşür. Bundan əlavə gündəlik sağalanlar yoluxanların sayından 3 dəfə çoxdur. Yoluxanların dinamikası bu cür müsbət davam edərsə, Azərbaycanda ümumi karantin rejimi oktyabrda bitə bilərmi?

Showxeber.Az xəbər verir ki, bununla bağlı danışan professor Adil Qeybulla bildirib ki, vəziyyətə uyğun olaraq karantin rejimi yumşalmağa doğru gedir:

“Xəstəxanalara müraciət edən xəstələrin sayının azalması, sağalanların sayının çoxalması müsbət dinamikadır. Qeyd edim ki, evdə müalicə olunanlar və qeydiyyatda olmayanlar da var. Ona görə də tam arxayın ola bilmərik. Amma bununla yanaşı epidemoloji vəziyyət yaxşılaşdıqca karantin rejimi də tədricən yumşaldıla bilər. Söhbət bizdə ikinci dalğanın olub-olmamasından gedir. Bunun üçün də gərək birinci dalğa sönsün ki, biz payız ayı üçün ikinci dalğadan danışa bilək.

Proqnozlaşdırılan odur ki, ikinci dalğa daha yüngül formada baş verəcək. Sadəcə payızda digər soyuqdəymə kimi bildiyimiz xəstələr də koronavirusa qoşula bilər. Ona görə də bir müddət karantin davranışları, yəni sosial məsafənin qorunması, maskanın taxılması və əllərin dizenfeksiya edilməsi kimi qaydalara payızın sonun kimi əməl edilməlidir. Pandemiyanın son zəngi vurulana kimi, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiyanın bitməsi ilə bağlı açıqlama verilənə qədər karantin qaydalarına əməl edilməsi vacibdir. Amma karantin rejiminin yumşalması vacindir. Təkliflərimizi vermişik, mexanizmləri göstərmişik. Yəqin ki, zaman-zaman buna gediləcək. Amma ümumi karantin rejiminin nə zaman bitəcəyi ilə bağlı bir söz demək çətindir”.  /Konkret.az
Oxşar xəbərlər
z