13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

“Gələn həftə rayonlara gediş-gəliş və beynəlxalq uçuşlar bərpa oluna bilər” - AÇIQLAMA

10.08.2020 - 213 - Sosial

Hazırda 13 şəhər və rayonda sərt karantin rejimi tədbiq edilir. Son həftələr yoluxmaların sayı xeyli aşağı düşüb. Belə ki, avqustun 9-da 87 nəfər koronavirusa yoluxub, 303-ü isə sağalaraq evə buraxılıb. Gündəlik yoluxanların sayı aşağı düşməkdə davam edərsə gələn həftə rayonlara gediş-gəliş və beynəlxalq uçuşlar bərpa oluna bilərmi?

Showxeber.Az xəbər verir ki, baş infeksionist Cəlal İsayev bildirib ki, yoluxanların sayı bu cür azalma dinamikası ilə davam edərsə, yəqin ki, bir çox yumşalmalara gedilə bilər:

“Amma qeyd etmək istəyirəm ki, istər sərt karatin müddətində, istərsə də yumşalmalar zamanı olsun, bütün hallarda qoyulan qaydalara əməl edilməlidir. İnsanlarımız maska taxmalı və  sosial məsafəni qorumalıdır. Qaydalara əməl edilməsə, fikirləşilsə ki, yumşalmalara doğru gedir, yoluxanların sayı 87-dən də aşağı düşəcək, biz artıq bu xəstəlikdən canımızı qurtarmışıq. Əlbəttə bu yalnış fikir olar. Bütün hallarda biz ehtiyatımızı əldən verməməliyik. Maska taxmalı, sosial məsafə qorunmalı, insanların kütləvi şəkildə toplaşdığı ərazidən uzaq durulmalıdır.

Həmçinin gigiyenik qaydalara əməl edilməlidir. Çünki koronavirus tam keçməyib. Kifayət qədər təhdid edəcək qədər izi qalır. Bunu nəzərə alaraq qaydalara ciddi əməl etməliyik. Yoluxanların sayı 87-yə düşüb deyə arxayın olmaq olmaz. Qaydalar müəyyən dövr üçün həyat tərzimizə çevrilməlidir.

Koronavirusun peyvəndi tapıldıqdan sonra Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə, digər ölkələrin və özümüzünü təcrübəsinə uyğun olaraq normal həyatımıza qayıda bilərik”.  /Konkret.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti