9.09.2020 - 326 - Maqazin
Bu gün dünyasını dəyişən müğənni Toğrul Həbibinin ağciyərlərinin 90%-nin fəaliyyətini dayandırması xəbəri əsassızdır.
Showxeber.Az xəbər verir ki, Bu barədə Axar.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Məlumata görə, T.Həbinin koronavirusla bərabər, digər xəstəlikləri çox olub və buna görə də vəziyyəti ağır qiymətləndirilib.
T.Həbibiyə ağciyərlərinin 90%-nin fəaliyyətinin dayandırması diaqnozu qoyulmadığından həkimlərin onu EKMO cihazına bağlamasına dair göstərişi olmayıb.
Qeyd edək ki, T.Həbibi Bakının tanınmış restoranlarında çıxışları ilə məşhurlaşıb.