13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

Bakıda həyəcan: “BakuBus”lar niyə yanır? - EKSPERT RƏYİ

15.09.2020 - 215 - Sosial

"Son bir ay ərzində ikinci avtobusun yanması xoşagələn hal deyil. Hər iki yanğın hadisəsi göstərir ki, avtobusların üzərində nəzarət mexanizmi daha təkmilləşdirilmiş formada olmalıdır".

Showxeber.Az xəbər verir ki, Bu fikri Redaktor.az-a yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov bildirib.

Onun sözlərinə görə, bu məsələdə müəyyən boşluqlar mövcuddur: "Avtobusun yanması hadisəsi elə-belə hal deyil. Bu məsələ mütləq araşdırılmalıdır. Birinci hadisədə araşdırmaların nəticəsini bilmirəm, ikinci hadisədə də necə olacaq bu da məlum deyil.
İlk olaraq onu deyim ki, bu yanğın hadisəsi baş verməməli idi. Xoşbəxtlikdən burada fiziki xəsarət alan yoxdur. Bu, o demək deyil ki, yanğın hadisəsi tarixin arxivinə adi hadisə kimi buraxılmalıdır. Bu məsələdə texniki nəzarət mexanizmi daha çevik şəkildə qurulmalıdır.

"BakuBus"ın özünün maddi texniki bazası var. Xüsusilə texniki təchizat, texniki baxış və bu kimi özündə ehtiva edən konkret bölmələri var. Düşünürəm ki, avtobuslarda bu kimi halların qarşısını almaq üçün ciddi araşdırmalar aparılmalıdır.



Əgər hər hansı səbəb müəyyən olunubsa və bu, oxşardırsa, bu, o deməkdir ki, yerdə qalan avtobusların da həmin texniki göstəricilərində olan məsələlər yenidən nəzərdən keçirilməlidir. Yanğının baş verməsi bir neçə ssenari üzrə baş verə bilər. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi daha ətraflı məlumat verə bilər.

Bu gün baş verən hadisənin bir aydan sonra təkrarlanmayacağı ilə bağlı heç kim zəmanət verə bilmir. Buna görə ilk növbədə nəzarət gücləndirilməlidir. Daha sonra bütün avtobuslar texniki baxışdan keçməlidir. Bu işlər ciddi nəzarət mexanizmi üzərində aparılmalıdır.

Burada əsas məsələlərdən biri də sürücülərin fors-major vəziyyətlərə hazırlıqlı olmasıdır. Avtobusda olan yanğınsöndürənlərdən istifadə, sərnişinlərin təxliyyəsi, qapıların bağlı vəziyyətdə qalması zamanı şüşələrin xüsusi çəkiclərlə sındırılması vacib qaydalardandır. Sürücü belə hallar baş verərkən buna hazır olmalıdır".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti