13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

Bakıda FACİƏ: Fəhlə 11-ci mərtəbədən yıxılaraq ÖLDÜ

15.09.2020 - 226 - Sosial

Sentyabrın 14-də saat 10 radələrində Yasamal rayonu ərazisində inşaatı aparılan hündürmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yasamal rayon Prokurorluğundan Showxeber.Az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, Yasamal rayonu ərazisində “AS İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşaatı aparılan hündürmərtəbəli binada fəhlə işləyən Nəcməddin Məstəliyev həmin binanın 11-ci mərtəbəsində taxta parçalarını iplə aşağı endirərkən müvazinətini itirərək yıxılıb və nəticədə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti