04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

Azərbaycanla Rusiya arasında uçuşlar bu tarixdən bərpa oluna bilər

15.09.2020 - 200 - Sosial

"Gələn ay Rusiyanın paytaxtı Moskvadan MDB ölkələrinin şəhərlərinə uçuşlar bərpa oluna bilər".


Showxeber.Az "Report”a istinadən xəbər verir ki, artıq bununla bağlı mexanizmlər müzakirə edilir.


İlk öncə Moskva ilə Belarusun paytaxtı Minsk arasında hava əlaqəsi bərpa ediləcək. Növbəti mərhələdə isə Rusiya paytaxtından Qazaxıstanın Nur-Sultan şəhərinə, Özbəkistanın paytaxtı Daşkəndə, eləcə də Bakıya uçuşlar yerinə yetiriləcək.


Qeyd edək ki, sentyabrın 17-də Rusiya Federal Hava Nəqliyyat Agentliyi uçuşlarının bərpası ilə bağlı iclas keçirəcək. İclasda müxtəlif şirkətlərin uçuşların bərpası ilə bağlı tələbləri müzakirə ediləcək.


Artıq "AzurAir” şirkəti Rusiyanın bir sıra şəhərlərinə, eləcə də Böyük Britaniyanın paytaxtı Londona, Misirin paytaxtı Qahirəyə, "Nordwind” şirkəti Türkiyənin İstanbul şəhərinə, "Red Wings” və "Azimut” şirkətləri Bakıya, "Nortstar” "Utair”, "Ruslayn” şirkətləri isə Minskə uçuşların bərpası ilə bağlı tələb irəli sürüb.


Xatırladaq ki, Rusiya koronavirus pandemiyasına görə martın 27-də bütün istiqamətlərdə, o cümlədən Azərbaycana uçuşlara qadağa qoyub. Hazırda iki ölkə arasında ayda 3-4 dəfə çarter reysləri həyata keçirilir.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti