14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |    

"Qarabağ" bu gün Norveç klubu ilə qarşılaşacaq

16.09.2020 - 180 - Sosial

"Qarabağ" komandası bu gün UEFA Çempionlar Liqasında növbəti matçını keçirəcək.

Showxeber.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi III təsnifat mərhələsində Norveçin 'Molde" klubu ilə üz-üzə gələcək. Kiprdəki "AEK Arena"da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Oyun püşkün nəticəsinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşməli idi.

Lakin Norveç təmsilçisi Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək, qarşılaşmanın neytral meydanda oynanılmasını istəyib. UEFA görüşün Larnaka şəhərində olacağını açıqlayıb.
Ağdam komandası oyuna itki ilə çıxacaq. Zədə üzündən yarımmüdafiəçi Xayme Romeronun matçı buraxacağı gözlənilir. Mahir Emrelinin durumuna isə oyun ərəfəsində aydınlıq gələcək.

Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

"Qarabağ" "Molde" ilə ilk dəfə üz-üzə gələcəyinə baxmayaraq, daha əvvəl Norveçin digər tanınmış klubu "Rusenborq"la qarşılaşıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv 2009-cu ildə Avropa Liqasının II təsnifat mərhələsində səfərdə rəqibi ilə qolsuz heç-heçə edib, Bakıda Rəşad Sadıqovun yeganə qolu ilə qələbə qazanıb - 1:0.
16 sentyabr

Çempionlar Liqası
IlI təsnifat mərhələsi


21:00. “Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç)
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya)
Larnaka (Kipr). “AEK Arena”


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti