11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

“Məktəbləri bağlamaq qərarı son çarə olmalıdır” - ÜST

16.09.2020 - 217 - Sosial

"Uşaqlar, gənclər və bütövlükdə cəmiyyətlərimiz üçün dağıdıcı nəticələri nəzərə alaraq məktəbləri bağlamaq qərarı son çarə olmalıdır".

Showxeber.Az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

O bildirib ki, koronavirus yoluxmalarının 10 faizdən azı, virusla əlaqəli ölümlərin 0,2 faizdən aşağası 20 yaşınadək insanlarda rast gəlinir:

“Koronavirusun uşaqlara necə təsir etdiyini anlamaq epidemiya başlayandan bəri prioritet məsələdir.

Ötən 9 ayda çox suallar ortaya çıxıb. Bir şey aydındır ki, uşaq və yeniyetmələr virusa yoluxa və başqalarına da yoluxdura bilərlər. Bu virusun uşaqları öldürə biləcəyini də bilirik, ancaq infeksiyanın uşaqlarda daha yumşaq olacağını, uşaq və yeniyetmələr arasında COVID-19-dan çox az sayda yoluxma və ölüm hadisəsi olduğu da məlumdur.

Uşaqlar və gənclər arasında COVID-19 xəstəliyi və ölüm riskini artıran amillər üzərində daha çox araşdırmaya ehtiyac var" .

Baş direktor uşaqların məktəbə qayıtmasını hamının istədiyini deyib: “Bir cəmiyyətdə koronavirusun yayılma riskini azaltmaq üçün görülən tədbirlər məktəblərdəki riski də azaldacaq. Bəzi ölkələrdə məktəblər yenidən açılıb, bəzi ölkələrdə hələ də bağlıdır. Məktəbləri bağlamaq qərarı son çarə olmalıdır.

Uşaqların məktəbdə və təhlükəsiz vəziyyətdə qalması tək məktəblərin, hökumətin və ya ailələrin işi deyil. Birlikdə işləmək hamımızın işidir".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti