ÜST dünyanı yeni pandemiyaya hazırlaşmağa çağırdı

ÜST dünyanı yeni pandemiyaya hazırlaşmağa çağırdı

Sosial 16-sen, 15:20 26
"COVID-19 pandemiyası dünyanın katastrofik hazırlıqsızlığını göstərdi”.


Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc edilmiş press-relizində bildirilib.


ÜST mövcud koronavirusun hələ öhdəsindən gəlinmədiyinə baxmayaraq, bəşəriyyətin yeni bir pandemiyaya hazırlaşması lazım olduğu qənaətindədir.


Cenevrədə yayımlanan press-relizdə qeyd olunub ki, BMT Baş Assambleyasının 75-ci sessiyasında bu cür addımların atılmasının vacibliyi müzakirə olunacaq.


Təşkilat sessiyanı üç mövzu üzərində aparmağı planlaşdırır. Belə ki, ÜST beynəlxalq ictimaiyyətin yeni pandemiyaya qarşı birgə hazırlığından əlavə, COVID-19 ilə mübarizə vasitələrinə çıxışın sürətləndirilməsi təşəbbüsünün dünyada aktiv dəstəyinə, həmçinin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dair dövlətlərin öhdəliyini təsdiqinə ümid edir.
 
///Report
Oxşar xəbərlər
z