19.09.2020 - 202 - Sosial
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.
Showxeber.Az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib.
Qərara əsasən, 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.