12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |    

Diqqət: Sabah Bakının bu rayonlarında qaz olmayacaq

22.09.2020 - 227 - Sosial

"Qaz İxrac" İdarəsi sentyabrın 23-i səhər saat 09:00-dan etibarən “Alatava” Qaz Paylayıcı Stansiyasından qidalanan “Mikrorayon” və “Tbilisi prospekti” ölçü qovşaqlarında təmir işlərinin aparılması ilə əlaqədar qaz təchizatını dayandırmağı planlaşdırır. Bu zaman qaz xətti üzərində yerləşən diametri 250 mm olan siyirtmədə əmələ gəlmiş qaz sızmalarının ləğvi işləri icra ediləcək.

"Azəriqaz"dan Showxeber.Az-a verilən məlumata görə, təmir işləri görülən vaxtda Nəsimi rayonu, 1 və 2-ci Alatava qəsəbələrində, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə küçələrində, Tbilisi prospektində, Yasamal rayonunda, Binəqədi rayonu, 6, 7, 8 və 9-cu mikrorayonlar, Rəsulzadə qəsəbəsi, Xutor yaşayış massivi, Vorovski yaşayış sahəsi, C.Xəndan küçəsinin qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.

Gün ərzində təmir işləri başa çatandan sonra qaz təminatının bərpası planlaşdırılır.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti