04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

Toysuz qalan müğənnilər nə işlə məşğuldur? - "Maddi vəziyyət pis deyil"

23.09.2020 - 205 - Sosial

“Xalqımın toy kimi bir adəti var” deyiblər. Bu adəti də musiqisiz, rəqssiz düşünmək qeyri-mümkündür. Bəs görəsən qazanc yeri toylar olan ifaçılar karantin müddəti ərzində necə dolanıblar, nə işlə məşğul olublar?

Showxeber.Az bir neçə sənət adamı ilə əlaqə saxlayıb, bu məsələ ilə bağlı fikirlərini öyrənib. 

Əməkdar artist Yusif Mustafayev karantin müddətində hərkəs kimi qaydalara əməl etdiyini, evdə qaldığını deyib:

“Ölkənin bu çətin zamanında bir vətəndaş kimi mən də müəyyən qədər yardımlarımı etdim, qaydalara riayət elədim. Maddi baxımdan da çox yaxşıdır hər şey. Belə bir söz var ki, “Ehtiyatlı igidin anası ağlamaz”. Müəyyən qənaətlərlə çətin günləri çox yaxşı keçirdim. Tovuz hadisələrinə aid  mahnılar oxudum və klip ərsəyə gətirdim. Karantin dövründə öz yaradıcılığımı davam etdirdim”.

Karantində öz fəaliyyətini davam etdirən Elvin Mirzəzadə də günlərini belə təsvir etdi: “Əslində davamlı şəkildə işlə məşğul olan insanlara 15, yaxud 20 gün istirahət bəs edir. Ancaq karantin dövrü bir çox insana istirahətin pik həddini yaşatdı, xüsusilə də musiqi sahəsində çalışanlara. Evdə musiqi ilə məşğul olmaq mümkündür, amma insanların qarşısında, səhnədə olmadığın üçün bu işdən çox da zövq almaq olmur. Amma yenə də bu müddət ərzində yeni layihələr hazırladım. Onları ictimaiyyətə təqdim etmək üçün pandemiyanın biraz azalmasını, vəziyyətin normallaşmasını gözləyirəm”.
Karantini bəhanə etmədən işinə davam edən digər müğənni Əhməd Mustafayev də deyib ki, yaradıcılığı olduğu kimi davam edir: “Yeni musiqilər, kliplər hazırlamaqda davam edirik. Yaradıcılığı dayandırmırıq. Ümid edirəm ki, vəziyyət çox yaxşı olacaq”.///redaktor.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti