11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

"Biz zəfər çalacağıq" - Prezidentin xalqa MÜRACİƏTİ

27.09.2020 - 528 - Manşet / Sosial

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqına müraciət edib.

Müraciət Azərbaycan Dövlət Televiziyası vasitəsilə yayımlanıb.

Dövlət başçısı bildirib ki, bu gün səhər Ermənistan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə bizim yaşayış yerlərimizi, hərbi mövqelərimizi atəşə tutub:
"Allah şəhidlərimizə rəhmət eləsin, onların qanı yerdə qalmayacaq!"

Heç kəsə sirr deyil ki, ilk artilleriya atəşini Ermənistan açıb, düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan acı məğlubiyyətlə barışdı. Bizim istəyimiz olsaydı, biz Ermənistan ərazisində əməliyyatlar keçirərdik. Amma bizim belə niyyətimiz yoxdur. Hansı məqsədi güdürdü bu təxribatla Ermənistan?!

Məhz Ermənistanın riyakar siyasəti nəticəsində danışıqlar dayandırılıb. İyul ayında Azərbaycan Ermənistana layiqli cavab verdi, göstərdi ki, Azərbaycanla hədə-qorxu dilində danışan cəzasını alacaq. Amma onlara dərs olmadı, halbuki mən demişdim ki, bu, dərs olmalıdır. Avqust ayında Ermənistan növbəti txribata əl atıb diversiya göndərdi. Azərbaycan hərbçiləri tərəfindən saxlanıldı diversiya qrupunun rəhbəri.

Və növbəti hərbi təxribat bu gün törədildi, onların cəzalarını aldı və alacaq. Ermənistanın təxribatları eyni zamanda Ermənistan hərbi rəhbərliyi tərəfindən verdiyi açıqlamalarda da bilinir. O, demişdi ki, "Qarabağ Ermənistandır və nöqtə" Bu, yalandır!
Qarabağ Azərbaycandır və Nida. İkincisi, bu təxribat danışıqlar prosesinə vurulan zərbə idi. Əgər Baş Nazir bu sözü deyirsə, hansı danışıqlardan söhbət gedə bilər?!

Bundan başqa, Azərbaycan heç vaxt xunta rejimi ilə danışıqlar aparmayacaq. Ermənistanın əsas məqsədi danışıqları pozmaq, status-kvonu saxlamaqdır. Halbuki beynəlxalq qurumlar dəfələrlə bunun əksini deyib.

Bu yaxınlarda bizim qədim şəhərimiz olan Şuşada qondarma, kriminal xunta rejiminin başçısının "andiçmə" mərasimi keçirilib. Onlar şüurlu şəkildə bizi təxribatlara çəkirlər. Bunun acı nəticəsini görəcəklər. Şuşaya parlament köçürüllməsi haqda xəbər növbəti təxribatdır.

Onların Baş Nazirləri bəyan etdi ki, on minlərlə "könüllü" hərbi birləşmələr yaradılır. Kimə qarşı onlar vuruşacaq?! Bax bu gün törədilən təxribatın hazırlığı idi.

Mən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Ermənistan dayandırılmalıdır və dayandırılır.

Ermənistan qanunsuz köçürmələr həyata keçirir, bu, hərbi cinayətdir. Buna görə Ermənistan cavab verəcək, işğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab edilir.

İş burasındadır ki, Ermənistanda mövcud ağır iqtisadi vəziyyətə görə demoqrafik böhran yaşanır. İnsan resusrları yoxdur ki, orada adamlaırnı yerləşdirsinlər. Xaricdə yaşayan ermənilərə ümid edir.

Bizdə olan dəqiq məlumata görə, işğal edilmiş ərazilərimizdə Ermənistan qanunsuz məskunlaşma aparılır, Kəndlərimizin adı dəyişir, abidələrimiz dağıdılır, təhqir edilir, məscidlərimizdə ermənilər inək-donuz saxlayır. Bizim əcdadlarımızın qəbirləri traktorla dağıdılır. Onlar faşist, vandallardır.

Bu yaxınlarda orada keçirilmiş hərbi təlimlər növbəti təxribat sayılmalıdır. Bir məqsəd var- Azərbaycana hüsum etmək, yeni torpaqları işğal etmək.
Azərbaycan heç bir təxribata əl atmayıb. Sadəcə olaraq öz maraqlarımızı, mövqeyimizi müdafiə edirik. Alnıaçıq aparırıq mübarizəni.

Tarixi həqiqət bizim tərəfimizdədir. Bütün təşkilatlar bizim ərazi bötüvlüyünü tanıyır. 30 ilə yaxındır ki, beynəlxalq danışıqlar aparılır. Bunun sonunda Ermənistan bütün prosesi iflic vəziyyətə salıb.
Biz öz torpağımızda vuruşuruq, bu gün Azərbaucan Orduzu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur. Ermənistan əsgərinin bizim torpaqda nə işi var?!

BU işğala son qoyulmalıdır və qoyulacaq. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir və Nida işarəsi!"
///Unikal.org


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti