30.09.2020 - 152 - Sosial
Təhsil Nazirliyi sabahdan etibarən Bakı, Sumqayıt, Abşeronda bağçaların fəaliyyətə başlaması ilə bağlı danışıb.
Showxeber.Az-ın məlumatına görə, Təhsil naziri Emin Əmrullayev bildirib ki, uşaqlar həftədə 5 dəfə olmaqla tədrisə davam edəcəklər:
"Uşaq bağçalarında distant təhsil mümkün deyil, heç bir halda da həftədə 2 ya 3 dəfə olması nəzərdə tutulmayıb.
Məktəbəhazırlıq qruplarında dərslər həftədə 2 və ya 3 dəfə keçiriləcək.