04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

"Qarabağ üçün canımı verməyə hazıram" - Tamer Karadağlı

13.10.2020 - 399 - Mədəniyyət

“Bu torpaqlara edilən hər hansı hücum mənim üçün Türkiyəyə edilmiş kimidir”.

Showxeber.Az Kulis.az-a istinadən xəbər verir ki, bu sözləri "Çoçuklar duymasın" serialında Haluk obrazı ilə tanınan və əslən azərbaycalı olan məşhur Türkiyə aktyoru Tamer Karadağlı Sosial Tədqiqatlar Mərkəzinə açıqlamasında deyib.

O, ordumuza, xalqımıza dəstəyini ifadə edib. Məşhur aktyor Azərbaycanın yanında olduğunu bildirib:

“Bir millət, iki dövlət” əbəs yerə demirik, məncə. Əslində tək bir xalqıq. Eyni kökdən, eyni soydanıq. Azərbaycan əsgərlərinin yanındayam. Ötən dəfə bir proqramda məndən soruşdular ki, Azərbaycan Ordusuna qatıla bilərəmmi. Dedim ki, məmnuniyyətlə qatılardım, ancaq yaşıma görə qəbul etməzlər. Bu sözlərimdə səmimiydim. Necə ki, Türkiyə hər hansı xarici təhlükəylə üzləşərsə əlimdən gələni edəcəksəm, Azərbaycan torpaqlarını da eyni gözlə görürəm. Bu torpaqlara edilən hər hansı hücum mənim üçün Türkiyəyə edilmiş kimidir. Qarabağ üçün canımı belə verməyə hazıram.

Aktyor Qarabağın tezliklə azad ediləcəyinə inamını dilə gətirib: “İnşallah tezliklə Qarabağ azad edilər. Hamımız toplaşıb gedərik, gözəl bir süfrə açarıq o torpaqlarda”.

Qeyd edək ki, aktyor üç il əvvəl Azərbaycanda olub. Onun ata babası, nənəsi Gəncədəndir.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti