16.10.2020 - 134 - Sosial
Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVID-19-la bağlı son sutkaya olan vəziyyəti açıqlayıb.
Showxeber.Az nazirliyə istinadən xəbər verir ki, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 15, işçi heyətinin sayı 2 olub.
Bu gün virusa yoluxmuş şagirdlərin sayı 55, işçi heyətinin sayı 21 nəfər təşkil edib.