16.10.2020 - 155 - Sosial
"Mən Azərbaycanın kəndlərini bir-birindən fərqləndirmirəm”.
Showxeber.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber” kanalına müsahibəsində deyib.
“Amma Şuşasız bizim işimiz yarımçıq qalar. Bizə danışıqlar prosesində təklif edirdilər ki, 5 rayon, sonra 2 rayon verilsin. Bizə deyirdilər bütün əraziləri istəməyin, belə kompromis olmur. Şuşanın azad edilməsi bizim hədəflərimiz arasındadır, nə zaman olacaq, bunu görərik”, -deyə dövlət başçısı bildirib.