09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

“Azərbaycan ordusu 21-ci əsrdə müharibə aparmağın nümunəsini göstərdi” - Korotçenko

16.10.2020 - 193 - Sosial

"İşğal olunmuş torpaqların azad edilməsi üçün aparılan antiterror əməliyyatı zamanı Azərbaycan ordusu 21-ci əsrdə müharibə aparmağın nümunəsini göstərdi”.

Showxeber.Az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Region Plus” jurnalına verdiyi müsahibəsində deyib.

“Əminliklə deyə bilərəm ki, müasir silahlardan - pilotsuz təyyarələrdən, döyüş sursatından, yüksək dəqiqlikli hədəfin məhv edilməsi vasitələrindən istifadə olunan döyüş əməliyyatlarının miqyası dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən çox diqqətlə öyrənilir. Dünya hələ belə nümunə görməmişdi ki, bir ordu başqa bir ordu ilə döyüşərkən bu qədər böyük sayda yüksək dəqiqlikli silahlardan istifadə etsin. Hücum dronlarının istifadəsinin miqyası və intensivliyi baxımından bu, dünya tarixində ilk belə haldır. Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın heç bir başqa ölkəsi bu miqyasda hücum dronlarından istifadə etməyib. Bu tip qarşıdurmalarda PUA-lar mübahisəsiz üstünlüyə malik olduqlarını sübut etdilər. Buna, Azərbaycan ordusunun düşmənin hava hücumundan müdafiə qüvvələrini və vasitələrini məhv etmə taktikasını və zirehli maşınları, yüksək səviyyədə qorunan hədəfləri və canlı qüvvəni məhv etmək üçün pilotsuz təyyarələrin kütləvi istifadəsini də əlavə etməliyik”,- deyə Korotçenko bildirib.

Onun sözlərinə görə, yüksək dəqiqliyə malik silahların istifadəsi mülki itkiləri minimuma endirəcək: “Bu baxımdan Azərbaycan hərbi uğurlar qazanmaqla yanaşı Dağlıq Qarabağda yaşayan mülki şəxslərin həyatını da xilas edib. Düşünürəm ki, döyüş əməliyyatlarının aparılması taktikası sahəsində ciddi dəyişikliklər olacaq. Əlbəttə ki, Azərbaycan ordusunun bu təcrübəsi ətraflı öyrəniləcək”.//unikal.org


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti