09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

İşğaldan azad olunan sərhəd zastavaları üzərində bayrağımız ucaldıldı - FOTOLAR

17.10.2020 - 181 - Sosial

Azərbaycan-İran dövlət sərhədinin Ermənistan Silahlı Qüvvələ­ri­nin işğalı al­tın­da olan 132 km-lik hissəsinin azad edilmə­sinə başla­nıl­ması Azərbaycan sərhədçiləri tərəfindən böyük sevinc və ruh yük­səkliyi ilə qarşılan­ıb.

Dövlət Sərhəd Xidmətindən Showxeber.Az-a verilən məlumata görə, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki “Çaxırlı” və “Mah­­mudlu” sərhəd zastavaları üzərində 16 oktyabr tarixində Azərbay­can Res­publika­sı­nın Prezidenti Silahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbay­can Respub­lika­sının dövlət bayrağı ucaldılmış və bu sərhəd zastava­larının xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə təntənəli mərasim təşkil edilmişdir.

Mərasimdə Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Koman­danlığı altında Ermənistan Silahlı Qüv­vələrinin əzəli Azərbaycan tor­paq­­ların­dan qovulması üzrə döyüş əmə­liyyatlarında Azərbaycan sər­həd­­çilə­ri­nin də şərəflə iştirak etməsi və Silahlı Qüvvələrin digər növləri ilə birlikdə düş­mənə sarsıdıcı zərbələr endirməsi xüsusi qeyd edilib.

Dövlət sərhəd xəttində xidmət aparan hər bir sərhədçi zabitin, gi­zirin, çavuşun və əsgərin də düşmənə qarşı döyüş tap­şırıq­la­rını yerinə yetirməyə hazır olmaları vurğulanmış, şəxsi heyətin döyüş ruhu­nun son dərəcə yüksək olması, hərbi qulluqçulardan döyüş bölgəsinə gön­də­rilmə barə­də çoxsaylı müraciətlərin daxil olması bildiril­ib.
1993-cü ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərə­fin­dən işğal olunmuş və 27 ildən sonra azad edilmiş həmin ərazidə dövlət sərhədinin mühafizəsi Dövlət Sər­həd Xid­mətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunub.

Yaxın müddətdə işğaldan azad ediləcək digər sərhəd zastava­la­rında sərhəd mühafizə tədbirlərinin həyata keçirilməsinə hazırlıq təd­birləri davam etdirilir.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti