Acun Ilıcalı və Cem Yılmazdan Azərbaycanla bağlı paylaşım

Acun Ilıcalı və Cem Yılmazdan Azərbaycanla bağlı paylaşım

Sosial 18-okt, 23:10 28
Türkiyənin iki tanınmış siması aparıcı Acun Ilıcalı və yumor ustası Cem Yılmaz sosial şəbəkədə Azərbaycanla bağlı paylaşım edib.

Showxeber.Az Axşam.az-a istinadən  xəbər verir ki, Yılmaz işğalçı Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına atəş açmasını pisləyib.

"Can qardaşımız Azərbaycan xalqına ən yaxın zamanda müharibədən, qandan, acıdan uzaq günlər diləyirəm. Ədalətsiz dünyaya heyrətlə baxıram... Ən yaxın zamanda bu zülmün bitməsini istəyirəm" deyə, Yılmza bildirib.

Acun Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib və bunları yazıb:

"Qarabağı azad etmək üçün haqlı olaraq döyüşən azərbaycanlı qardaşlarımızın yanındayıq. Mülki şəxslərə qarşı edilən qanlı zülmü lənətləyirəm. Dost və qardaş Azərbaycanı 18 Oktyabr - Müstəqillik Günü münasibətilə təbrik edirəm!".



Oxşar xəbərlər
z