26.10.2020 - 176 - Sosial
Son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumunu və fərariliyini əks etdirən videogörüntülər yayılır.
Showxeber.Az xəbər verir ki, həmin videogörüntülərdən birində bir qrup hərbçinin başsız qaldığı və 3 gündür ac, susuz əraziyə atıldıqları aydın olur.
Hərbçilərdən biri videogörüntünü qeydə alarkən belə deyir:
"Baxın, ay millət, bu artıq 2-ci gündür. Armavir və digər yerlərdən gələnlərdir. Yağışın altında, 3 gündür ac, nə yemək var, nə adam var, nə əsgər var. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə deyilik.
3 gündür vəziyyətimiz budur. Gəlin, silahları götürək düşək aşağı, hərbi hissəyə".