Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

Mədəniyyət 27-okt, 20:14 70
Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının repetitoru, tanınmış qarmon ifaçısı, Əməkdar artist Etibar Qasımbəyli vəfat edib.

Bu barədə  Showxeber.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Etibar İsmayıl oğlu Qasımbəyli 23 sentyabr 1957-ci ildə Bakı şəhərində anadan olub.

Etibar Qasımbəyli 2010-cu ildən 2020-ci ilədək Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında repetitor vəzifəsində çalışıb.

2011-ci ildə Əməkdar artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər
z