09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

Mehriban Əliyeva Bərdədə həlak olanların yaxınlarına başsağlığı verdi

28.10.2020 - 151 - Sosial

Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar.

“Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb.

Showxeber.Az  verir ki, bu sözləri Birinci vitse-prezident Mehriban Əliyeva "Instagram" səhifəsindəki paylaşımında qeyd edib.

Birinci vitse-prezident Mehriban Əliyeva bildirib:
"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.

Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.

Uca Tanrı Vətənimizi qorusun!".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti