17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

Azərbaycan hökuməti “Facebook” şirkətinə müraciət etdi

28.10.2020 - 161 - Sosial

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Facebook” şirkətinin rəhbərliyinə informasiya müharibəsində narahatlıq yaradan məqamlar barədə məktub ünvanlayıb.

Bu barədə Operativ24.Az-a naizlrikdən bildilrib.

Müraciətdə son zamanlar “Facebook” və “Instagram” sosial şəbəkələrində narahatedici tendensiyaların müşahidə edildiyi diqqətə çatdırılıb.
Məktubda sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təcavüzünü dayandırmaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri əks-hücum tədbirlərinə başladığı vurğulanıb. “Biz beynəlxalq səviyyədə tanınmış, Ermənistan tərəfindən 1990-cı illərin əvvəllərində işğal edilmiş və əhalisi etnik cəhətdən təmizlənməyə məruz qalmış ərazilərimizi işğaldan azad edirik. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə qayıtmaq üçün təxminən 30 ildir gözləyir”, – deyə qeyd olunub.
Həmçinin, hadisələrin fonunda sosial media platformalarının dünyaya həqiqətləri çatdıran və erməni tərəfinin yaydığı saxta xəbərləri ifşa edən informasiya müharibəsi üçün döyüş meydanlarına çevrildiyi bildirilib.

Müraciətdə azərbaycanlı istifadəçiləri susdurmaq üçün onların profillərinin kütləvi şəkildə bloklandığının müşahidə olunduğu vurğulanıb.
Məktubda şirkətdəki bəzi ermənipərəst işçilərin təsiri ilə Azərbaycandan olan istifadəçi profillərinin və səhifələrinin əsassız bloklanmasından xüsusi narahatlıq keçirdiyimiz xüsusi vurğulanıb. "Digər narahatlıq yaradan məqam isə Azərbaycanın işğal olunmuş ərazilərinin etnik baxımdan təmizlənmiş əhalisini təmsil edən seçilmiş şəxslərin profillərinin təsdiqlənməməsidir. Onların yoxlama tələbləri heç bir izahat verilmədən tamamilə rədd edilir".

“Bu müşahidələri nəzərə alaraq şirkətin imkanlarından istifadəçi səslərini susdurmaq üçün istifadə olunmaması və hamımıza qarşı tutduğunuz bitərəfliyi qorumağınız üçün bütün lazımi addımlar atacağınıza ümid edirik. Bu, sərbəst ifadə və həqiqət üçün etibarlı bir virtual mühiti təmin edəcək”, – deyə müraciətdə bildirilib.

Nazirlik “Facebook”a ünvanladığı məktubda qeyd olunan məsələlərin müzakirəsi üçün şirkət tərəfindən müvafiq koordinatorun təyin edilməsini tələb edib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti