11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Türkiyədə general Polad Həşimov adına parkın açılışı olub - FOTOLAR

28.10.2020 - 185 - Sosial

Bu gün Türkiyədə Azərbaycan Ordusnun generalı, şəhid Polad Həşimovun adı verilən parkın açılışı olub.

Showxeber.Az-ın məlumatına görə, Bursa vilayətinin Osmanqazi bələdiyyəsindən bildirilib ki, Osmanqazi Bələdiyyə Məclisi yeni salınan istirahət məkanına general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün onun adının verilməsi təklifini yekdilliklə qəbul edib.

Osmanqazi Bələdiyyə sədri Mustafa Dündar şəhid general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan bütün qəhrəmanlara göstərilən hörmət və ehtiram, Azərbaycana mənəvi dəstəyin nümunəsi olduğunu söyləyib.

M.Dündar Azərbaycan-Türkiyə qardaşlığının tarixi köklərindən, Ermənistanın xain hücumlarına qarşı  Azərbaycan Ordusunun əks hücumlarından danışaraq deyib ki, qardaş ölkənin  qısa zamanda işğal altındakı bütün torpaqlarını azad edəcəyinə inanır.

Qeyd edək ki, Osmanqazi rayonun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni parkın açılışına bursalılarla yanaşı, Azərbaycanın Türkiyədəki Səfirliyinin nümayəndələri də qatılıb.
Ümumilikdə 2 min kvadratmetrlik parkda fitnes və idman avadanlıqları yerləşdirilib, yaşıllıq sahəsi, uşaq meydançası, idman meydançası, gəzinti yolları salınıb.

Onu da bildirək ki, bu gün Osmangazi Bələdiyyəsi 29 Oktyabr Türkiyə Cümhuriyyəti Bayramının 97-ci ildönümü münasibətilə bursalılara 97 min Türkiyə bayrağı paylayıb.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti