31.10.2020 - 131 - Sosial
"Düşmən həm döyüş texnikası, həm canlı qüvvə baxımından verdiyi ağır itkilər nəticəsində hər dəfə geri çəkilməyə məcbur edilir”.
Operativ24.Az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.
"Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir və düşmənə qarşı ciddi tədbirlər görülür", - o əlavə edib.