13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

"Anamı qoymadım ki, Şuşadan bir ovuc torpaq götürsün" - Zöhrə Abdullayeva

4.11.2020 - 233 - Maqazin

Əməkdar artist Zöhrə Abdullayeva “7 canlı” proqramının qonağı olub.

Showxeber.Az Axşam.az-a istinadən  xəbər verir ki, müğənni son günlər bir-birinin ardınca gələn qələbə xəbərlərinə öz münasibətini bildirib, eyni zamanda Şuşa ilə bağlı xatirələrini bölüşüb:

“Ali Baş Komandanımız, əsgərlərimiz və zabitlərimizlə qürur duyuram. Allah onları qorusun. Hər gün torpaqlarımız geri qaytarılır.

Bu zəfərlərimizin daim olmağını arzu edirəm. Sevincimi Şuşada, Laçında, Kəlbəcərdə və Zəngilanda yaşamaq istəyirəm.

Hər kəs bilir ki, Şuşada doğulmuşam. İnsan ilk dəfə harada ayaq açıb yeriyirsə, o torpaq mütləq onu çəkir. Şuşa mənim qəlbim və nəfəsimdir. Bir zamanlar Şuşa üçün gözlərim qan ağlayırdı. Hazırda isə sevinc içindəyəm. Şuşanı yuxuda da görəndə sevinirdim”. 

Sənətçi sonucu dəfə 1989-cu ildə Şuşada olduğunu deyib:

“Sonuncu dəfə Şuşaya anamla getmişdim. Onu istirahət evinə aparmışdım. Birdən o Cıdır düzündə əyilib yerdən üzərində bənövşə bitən torpağı götürmək istədi. Lakin mən qoymadım, dedim səni gələn il də bura gətirəcəm. Torpağı niyə götürürsən sualını verəndə isə... O mənə bu torpaqda uşaqlığını və gəncliyini axtardığını bildirdi. Şuşa mənim hər şeyimdi. Ora ilə bağlı xatirələrim çoxdur. İnşallah mənə o torpağı bir də görmək nəsib olar”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti