13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

"Ağdam azad edilsin, gedib o qəbirlərin qarşısında diz çökəcəm"

6.11.2020 - 235 - Maqazin

"Bizə gələn məcburi köçkünlərin arasında bir oğlan var idi. Dəqiq bilmədim Xocalı, yoxsa Quşçular kəndindən idi. Məndən çörək istədi. Ona bütöv bir çörək verdim. O çörəyi öpüb, gözünün üstünə qoydu və mənə neçə gündür ac qaldıqlarını dedi".

Showxeber.Az xəbər verir ki, bu fikirləri Xalq artisti Fatma Mahmudova "Vaxtı gəldi" verlişinə qonaq olan zaman səsləndirib. Aktrisa doğulduğu Ağdamda müharibə dövrünü belə xatırlayır:

"Demək olar ki, müharibə veteranıyam. Həyat yoldaşım Tofiq Qarayev də (aktyor - red.) Milli Orduda döyüşüb. Evim Ağdamın mərkəzində yerləşirdi. Orada Musiqili Teatrda çalışırdım. Hərbi hissələrdə tədbirlər olanda uşaqlarımla gedirdim. Mən Xocalıda və digər ərazilərimizdə qaçqın düşən həmvətənlərimizin aqibətinə şahid olmuşam. Evimin qapıları hər zaman onlara açıq idi. Xocalıdan, Quşçulardan qaçqın düşənlər var idi. Onlar bizim evə pənah gətirib sığınırdılar. Ayaqları donan insanlara kömək edirdim. Onlara su, çörək, yemək verirdim".

F.Mahmudova Ağdam azad olunandan sonra ilk olaraq oradakı qəhrəmanlarımızın qəbrini ziyarət edəcəyini bildirib:

"Ağdamın bir çox qəhrəman oğulları var idi. Arzu edirəm ki, torpaqlarımız alınanda bir–bir o qəhrəmanların qəbrini ziyarət edim. Onların ruhu ilə görüşüm. Məzarları önündə baş əyib, diz çöküm". /Axşam.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti