17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

Baloğlan Əşrəfov Xoşqədəm Hidayətqızına cavab verdi

9.11.2020 - 302 - Maqazin

"Rəhmətlik atam-anam Şuşaya istirahətə gedəndə mən də onlarla orda olmuşam və Şuşanın əsrarəngiz təbiətini görəndə dedim ki, İlahi, Azərbaycanımızda görün necə gözəl yerlərimiz var”

Showxeber.Az xəbər verir ki, bunu Əməkdar artist Baloğlan Əşrəfov deyib. Müğənni Şuşanın işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib:


"Hamı kimi mən də Şuşanın işğaldan azad edilməsinə çox sevindim. 1990-cı illərdə Tofiq Bayramın "Öz canımı verərəm, Qarabağı vermərəm” şeirinə bəstələnmiş mahnını oxumuşam. Bu gün şükür Allaha o məqam gəldi, Şuşa işğaldan azad olundu. Rəhmətlik atam-anam Şuşaya istirahətə gedəndə mən də onlarla orda olmuşam və Şuşanın əsrarəngiz təbiətini görəndə dedim ki, İlahi, Azərbaycanımızda görün necə gözəl yerlərimiz var. Çox təəssüflər olsun ki, Şuşa sonralar işğal olundu və biz o torpaqlara gedə bilmədik. İndi inşallah müharibə qurtarsın, icazə versinlər mütləq mən Şuşaya gedəcəm. O yerləri görməyən adam bilə-bilməz ki, Şuşa necə bir yerdir, onun Şuşa haqqında heç bir təsəvvürü ola bilməz. Sevinirəm ki, bizim Ali Baş Komandan İlham Əliyevin hünəri nəticəsində torpaqlarımız işğaldan azad olunur. Azərbaycan xalqını təbrik edirəm”.


Əməkdar artist aparıcı Xoşqədəm Hidayətqızının talışlarla bağlı fikirlərinə də münasibət bildirib: "Mən Xoşqədəm xanımın dediklərinin əsl variantını oxuya bilməmişəm. Gərək hər bir aparıcı bu haqda danışarkən diqqətli olsun. Adama böhtan atmazlar, gərək mən dəqiq biləydim o, nə deyib və sonra buna münasibət bildirərdim. Sizə bir şeyi də deyim ki, Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin çoxu talışlardır. Talış torpağı müqəddəs bir yerdir, onlar heç vaxt özlərini qıraqda saymayıblar, vətən uğrunda döyüşlərdə mərdi-mərdanə vuruşublar. Ona görə gərək bu haqda kimsə danışanda çox diqqətli olsun. Bir daha Azərbaycan xalqını təbrik edirəm. Çox sağ olsun cənab prezident bizi neçə illərdir həsrətini çəkdiyimiz Şuşaya qovuşdurdu. Biz öz torpaqlarımız uğrunda mübarizə aparırıq, başqasının torpağında gözümüz yoxdur”.Moderator


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti