14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |    

"Müğənni peşəsi də yox olsaydı, rahatlaşardınız" - Natavandan tənqidlərə cavab

13.11.2020 - 205 - Maqazin

"Razıyam, başa düşürəm, müğənnilərin efirə çıxması yaxşı görsənməyə bilər. Özüm heç evimizin qapısından çıxmıram, qaldı efir olsun. Bu günləri çox narahat keçirirəm. İşlərimin hamısı dayanıb. Qətiyyən o hayda deyiləm".

Showxeber.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi sosial şəbəkədə yazıb. Sənətçi müğənnilərin efirə çıxmasını tənqid edənlərə cavab verib:

"Dünyada heç̧ bir müğənni televiziyanın dəvəti və senarisi olmadan efirə çıxa bilməz. Müğənnilərin və incəsənət adamların 90 faizi televiziyadan dəvət gələn halda “yox gəlmirəm“ sözünü deyə bilmir, demir, demək istəmir, deməyə haqqı yoxdur bəzən...

Bütün məsələlər düzəldi, bir müğənnilik də peşə olaraq yox olsaydı, rahat olardı çoxu. Yazıq müğənni vətənə faydalı olmaq üçün nə etsin görəsən? Pulu olan pulu ilə əlindən gələni edir. Halbuki dövlətin ona ehtiyacı yoxdur. Pulu olmayan, bir ildir bir manat qazanc görməyən müğənni nə etsin? Efirə də çıxmasın, səsini də çıxartmasın, ordan da yolu bağlansın, münasibətlər korlansın və sair...

Problem bizim bir-birimizə olan sayqı və hörmətdədir. Birlik deyirik. Bəs müğənni də bizimkidir axı. Yaxşısı, pisi hamısı bizimdir. Dünya bizi izləyir indi. Vaxtidir heç bu söhbətlərin? İ̇nsanın işi mahnı oxumaqdır. Dərin getməyin. Dövlətin telekanalına dəvət alıb gəlibsə, deməli belə lazımdır.

Məncə, bitirək bu mövzuları. Bilib bilmədən danış̧maq asandır. Reallıq bəzən heç bir müğənnidən asılı olmaya da bilir".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti