15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |    

Millimizin 2 futbolçusu koronavirusa yoluxdu

16.11.2020 - 157 - Sosial

Azərbaycan millisinin futbolçuları Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxub.

Bu barədə Showxeber.Az-a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Assosiasiya rəsmisi bildirib ki, hər iki oyunçu Xorvatiyada karantin altına alınıb: "Monteneqro ilə oyundan öncə futbolçuların hərarəti var idi.

Koronavirus testləri müsbət nəticə verdi. Ona görə də hər ikisi özünütəcrid rejimindədir. Bununla bağlı Azərbaycan Respublikasının Xorvatiyadakı səfirliyinə məlumat verilib. Məsələ səfirliyin də diqqət mərkəzindədir".

Firuz Abdullanın sözlərinə görə, futbolçular hazırda həkim nəzarəti altındadırlar: "Test neqativ çıxdıqdan sonra oyunçular AFFA tərəfindən Bakıya göndəriləcək. Futbolçuların karantin müddətindəki bütün xərclərini federasiya ödəyir. Futbolçuların klublarına da müvafiq məlumatlar verilib".

Qeyd edək ki, Təmkin Xəlilzadə "Sabah"ın, Rahil Məmmədov isə "Qarabağ"ın futbolçusudur.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti