14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |    

"Azərbaycan Ordusu bu işi özü həll edəcək" - Kəlbəcərlə bağlı SƏRT AÇIQLAMA

16.11.2020 - 176 - Sosial

Ermənistan Kəlbəcərin təhvil verilməsi üçün 25 noyabra qədər vaxt istəyib. Humanizm mövqeyi nöqteyi-nəzərindən Azərbaycan Ermənistana daha 10 gün möhlət verib.

Bəs, 10 günlük möhlət istəyi ermənilərin növbəti hiyləsi ola bilərmi?


Məsələ ilə bağlı  açıqlama verən millət vəkili Fazil Mustafa ermənilərin istənilən hiyləsinə qarşı sərt tədbirlərin görüləcəyini bildirib:


"Ermənilər dekabr ayının 1-nə qədər istədikləri hiyləni, təxribatı edə bilərlər. Lakin bunu edəcəkləri təqdirdə onların başına "Osmanlı yumruğu” dəyəcək. Bəlkə ozaman başa düşərlərlər ki, Azərbaycanla hiylə və təxribat dili ilə danışmaq olmaz. Necə ki, 30 il-dən sonra ağır zərbəni aldılar. Bizə lazımdır ki, onlar dekabrın 1-nə qədər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirsinlər. Əgər yerinə yetirməsələr, Azərbaycan öz bildiyi kimi hərəkət edəcək”.


Millət vəkili Ermənistana 10 günlük möhlətin verilməsinə görə vətəndaşların narahatlığına da toxunub:


"İnsanların narahat olmaları normalıdır. Məncə, elə narahat olsalar yaxşıdır. Çünki bu naratlıq hissi ilə porseslərə daha çox dəstək verib, mübarizəni davam etdirəcəklər. Unutmamalıyıq ki, məsələ hələ tam həll olunmayıb, müharibə qurtarsa da, erməilər dayanmayıb. Bu baxımdan biz rahat olmamalıyıq və sona qədər mübarizəni davam etdirməliyik”.


F.Musafa bildirib ki, əgər Rusiya erməni qoşunlarını Dağlıq Qarabağdan çıxara bilməsə, Azərbaycan Ordusu bu işi özü həll edəcək:


"Biz Rusiya ilə hansısa konfiliktə getmədən, ermənilərin çıxarılması məsələsinin onların öhdəsinə buraxdıq. Təbii ki, həll edə bilməsələr, Azərbaycan bu məsələdə öz mövqeyini ortaya qoyacaq. Bunun başqa yolu yoxdur. Lakin hələlik qoyulan müddətin sona çatmasını gözləməliyik”.
(redaktor.az)


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti