17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

Yoluxma pik həddə çatıb: Tam qapanma qapıdadır? - AÇIQLAMA

17.11.2020 - 180 - Sosial

Bir neçə ay öncə koronavirusa yoluxma halı 100-200 arası olmasına baxmayaraq ölkə üzrə sərt karantin rejiminə keçdik. Belə ki, ölkə üzrə SMS  icazə tətbiq edilərək, əksər müəssisələrin fəaliyyəti məhdudlaşdırıldı. 


Lakin indi yoluxma göstəricisinin 2000-dən çox olmasına baxmayaraq, sərt karantin rejimi tətbiq olunmur və qapanmalara keçmirik. Maraqlıdır, mütəxəssislərin də dediyinə görə yoluxmanın pik həddinə çatmağımıza baxmayaraq sərt karantin nə üçün tətbiq edilmir? Virus mutasiyaya uğrayaraq təsir gücünü itirib ya necə?


Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev virusun əvvəlki kimi təhlükəli olduğunu və indi sərt karantinin tətbiq olunmasının bəzi məsələlərdən dolayı doğru olmadığını bildirib: 


"Hazırda koronavirus statistikasına baxanda ölüm hallarının artdığının şahidi oluruq. Yəni virus mutasiyaya uğrayaraq öz gücünü itirməyib, o elə əvvəlki qaydada təsirlidir. Sadəcə sərt karantin rejiminin tətbiq olunmamasına səbəb bu addımın atılmasının iqtisadi təsirləri ilə bağlıdır. Artıq dünyada da, ölkəmizdə də lokal qapanmalara üstünlük verilir. Yəni harda ki, kütləvi yoluxma aşkar olunur həmin müəssisələr qapanır. Total qapanma indiki halda düzgün deyil”.


A.Əliyev mövcud vəziyyətdə ən çox orta yaşlı və yaşlı şəxsləri diqqətli olmağa çağırıb:


"Orta yaşlı və yaşlı həm kişilər, həm də qadınlar arasında xəstəliyi ağır keçirənlər var. Xüsusilə orqan köçürülməsi olan, şəkər diabetli şəxslər koronavirusu daha ağır keçirir. Çünki immun sistemləri zəifdir. Koronavirusdan ən tez sağalma müddəti indiyədək 1 həftə olub. Lakin elə xəstə də olub ki, virus səbəbilə halı kəskinləşib və 1 aydan çox reanimasiyada qalıb. Yəni müalicə müddəti hamıda fərqli müddətdə davam edir”.
  


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti