18.11.2020 - 174 - Maqazin
Məşhur müğənni Dolli Rebeka Parton xeyirxah addımı ilə gündəmə gəlib.
Showxeber.Az xarici KİV-ə istinadən xəbər verir ki, Parton ABŞ-da koronavirus peyvəndlərinin həyata keçirilməsi üçün "Moderna" adlı şirkətə 1 milyon dollar bağışlayıb.
Məşhur yaxın dostu həkim Naji Abumradın, COVID-19 peyvəndinin istehsalı yönündə irəlləyişin əldə edilməsini açıqlamasından sonra belə bir addım atıb.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, "Moderna" şirkətinin hazırladığı yeni peyvənd 100-də 95% virusdan qoruma xüsusiyyətinə malikdir.
Şirkətin baş icraçı direktoru Stiven Bensl bu peyvənddən bir neçə milyon dozada istehsal olunacağını açıqlayıb.