13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

Hulisi Akarın təltif etdiyi Azerbaycan Əsgəri şəhid oldu - Fotolar

18.11.2020 - 276 - Sosial

Bu sözləri həm fəxrlə həm də böyük bir acı və ürəkağrısı ilə yazıram. Həmişə fəxr etdiyim, nəfəsi ilə belə özümə dayağ bildiyim qardaşım Tank Bölük komandiri Baş Leytenant Məmiyev Valeh İsbat oğlu özünü vətən yolunda həqiqi mənada qurban vermiş oldu. Bunu etməyə də bilərdi, amma növbədənkənar döyüşlərə atılmaqla, qorxmadan, gələcəyini, ata-anasının necə olacağını düşünmədən seçdi bu yolu.

Şəhidimiz Yardımlı rayonu kürəkçi kəndində 1994 cü il 27 martda anadan olub. Hələ uşaqlıqdan hərbçi olacam deyirdi, hamımızdan çox vətənpərvər idi, və elə Ali Hərbi Məktəbi bitirdikdən qısa bir müddət sonra tank bölük komandiri vəzifəsinə yüksələ bilmişdi. Nümunəviliyi, döyüş taktikası, şəxsi heyətlə iş və digər keyfiyyətlərinə görə dəfələrlə fəxri fərmanlar əldə etmiş və ən son təlimlərdə Türkiyənin Müdafiə Naziri Hülusi Akar tərəfindən xüsusi fərqlənmə ilə təltif edilmiş və hədiyyələr almışdı.

Vətən müharibəsində öz tankı ilə irəlidə qorxmadan öz komandasını arxasınca böyük həvəslə və şücaətlə irəliyə apararaq dəfələrlə döyüşlərə girmiş, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının alınmasında şücaətlə iştirak etmişdir. Qubadlı-Laçın istiqamətində şəhid Milli Qəhrəman Şükür Həmidovun komandanlıq etdiyi döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuşdur.

Bütün döyüşlərdə ən öndə gedən və döyüşə başçılıq edən tankda bir yerdə oturan ən doğma iş, döyüş yoldaşı, dostunun dedikəri bu idi: Valeh qorxmaz oğul idi, heçnədən çəkinmədən, ölümün gözünə dik baxarag sadəcə düşməni məhv edəcəyini düşünərək giridi döyüşlərə, komandaya motivasiya və böyük həvəs verə bilirdi. Düşmənin xeyli sayda tank, BMP və digər texninkalarını məhv etmiş və bir neçə döyüşlərdə düşmənin canlı hərbi qüvvəsini məhv etmişdi. Həmin döyüşdəki komanda yoldaşı qeyd edir ki, hemin döyüşdə Valehin öz tanki ilə 3 düşmən tanki ve 35-den cox hərbi şəxsi heyətini məhv etmişdir. Sonuncu döyüşdə isə həmin döyüş yoldaşı onunla deyildi və bunu özünə heç cür bağışlaya bilmir. Sonuncu döyüş Valehin xüsusi icazə alaraq və növbədənkənar getdiyi döyüşü idi.

Bu gün onunla hər birimiz fəxr edirik

/amia.az 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti