26.11.2020 - 146 - Sosial
Xəbər verdiyimiz kimi, ötən gün əfsanəvi futbolçu Dieqo Armando Maradona ürək tutmasından vəfat edib.
Showxeber.Az-ın məlumatına görə, mərhumun kiçik oğlu Dieqonun atasının ölüm xəbərini eşidəndə halı pisləşib. Hazırda o, xəstəxanaya yerləşdirilib.
Bu haqda jurnalist Tankerdi Palmeri tvitter hesabında məlumat yayıb.
O qeyd edib ki, mətbuat Maradonanın ölümündən sonra Dieqoya zəng edərək münasibət öyrənmək istəyib. Atasının ölüm xəbərini jurnalistdən eşidən Dieqonun vəziyyəti pisləşib. O, hazırda reanimasiyadadır.