11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Günay vətənpərvər klip çəkən müğənniləri bəyənmədi: "Biabırçılıqdır"

26.11.2020 - 239 - Maqazin

"Tək Füzuli yox, bütün Qarabağı gəzəcəm. Füzulidənəm, amma Şuşanı görməyi çox istəyirəm. İki ay ərzində demək olar ki, yatmamışam. Gözümə yuxu getmirdi, hər an tvitt gözləyirdim".

Showxeber.Az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli "MTV Azərbaycan"da qonaq olarkən deyib.

Əslən Füzulidən olan sənətçi yurdunun işğaldan azad edilməsindən söz açıb. Günay bildirib ki, evlərinə qayıdanda dostlarına qonaqlıq verəcək:
"O qədər qonaqlıq söz verdiyim dostlar var ki...

Sayını da itirmişəm. Təki hamı qonaqlıq istəsin. Atam da, anam da Füzulidəndir. Oranın azad edildiyi açıqlananda anam deyir, evin sənədləri durur. Deyirəm, vəhşi ermənilər oranı nə günə qoyublar, hələ gözlə. Ora düzəngahlıqdır, amma anam deyir gedib taparam". 

Sənətçi vətənpərvərlik mövzusunda klip çəkdirən həmkarlarını da tənqid edib:

"Gözəl işlər ortaya qoydular. Amma çox pis formada təqdim edilən də oldu. Sakit dayansaydılar, elə bərbat iş təqdim etməsəydilər daha yaxşı olardı. Heç gözəl görünmürdülər, biabırçılıq idi".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti