17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

Yeni müsabiqə - “Notların möcüzəsi”

1.12.2020 - 162 - Sosial

Regionlarda fəaliyyət göstərən uşaq incəsənət məktəbləri və musiqi məktəblərinin şagirdləri arasında “Notların möcüzəsi” adlı onlayn müsabiqə keçirilir.

Showxeber.Az xəbər verir ki, Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi tərəfindən keçirilən müsabiqə Azərbaycan bəstəkarlarının və onların klassik əsərlərinin sosial şəbəkələrdə təbliğ edilməsinə, klassik əsərlərin uşaq və yeniyetmələr tərəfindən ifa edilərək mənimsənilməsinə, musiqi məktəblərinin fəaliyyətinin populyarlaşdırılmasına, o cümlədən musiqi təhsilinin təbliğ və valideynlər arasında təşviq edilməsinə, musiqi təhsili üzrə istedadlı və bacarıqlı uşaq və yeniyetmələrin üzə çıxarılmasına xidmət edir.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər Azərbaycan bəstəkarlarının klassik əsərlərinin bir parçasını ifa edərək müsabiqəyə qatıla bilər. İfalar dekabrın 8-dək videogörüntü şəklində təqdim edilməlidir. İştirakçı olmaq istəyən namizədlər müsabiqə şərtləri və qaydaları haqqında ətraflı məlumatı müsabiqənin sosial şəbəkədəki “Facebook” hesabından

(https://www.facebook.com/notlarinmocuzesi) əldə edə bilərlər.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə birgə elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Notların möcüzəsi” estetik zövqün formalaşdırılması layihəsi çərçivəsində təşkil olunur. Layihənin məqsədi regionlarda musiqi mədəniyyətinin inkişafına töhfə verməkdən ibarətdir.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti