Firuzə İbadova kliniki ölüm keçirib

Firuzə İbadova kliniki ölüm keçirib

Maqazin 05-yan, 10:56 24
"Birdən hiss etdim ki, məndə nəsə qapanma gedir. Nəfəs ala bilmirəm. Uşaqların çəkilişinə mane olmaq istəmədim. Bir yerə söykənməyə çalışdım. Amma huşum getdi və yıxıldım".

Bu sözləri Əməkdar Artist Firuzə İbadova "Onun sirri" verilişinə qonaq olan zaman deyib. O bildirib ki, birdən-birə halı pisləşib və nəticədə kliniki ölüm keçirib:

"Müğənni Xatunun verilişinin çəkilişi idi. Çəkiliş gedirdi, uşaqlar danışıb-gülürdü. Birdən nəfəs ala bilmədim. Uşaqlar tez təcili yardım çağırdılar.

Həkimlər dedilər ki, bu kliniki ölümdür. Evdən uşaqlarım Xatuna zəng edir ki, bəs anam haradadır?
Kliniki ölüm keçirtdim. Təzyiqim çox tez düşümüşdü. Xatun mənə süni nəfəs verdi. Ürəyimi masaj etdi. Ayılanda yanımda həkim gördüm şok oldum. Heç nə xatırlamırdım çünki".




Oxşar xəbərlər
z