“Səni kim asqırdı bu söhbətin içinə?”

“Səni kim asqırdı bu söhbətin içinə?” - QALMAQAL ÜÇBUCAĞI

Maqazin 06-yan, 09:48 61
Hər il göydən Yerə saysız-hesabsız meteorit, ulduz düşür. Və bu ulduz nə qədər böyükdürsə, o qədər də ətrafını yandırıb-yaxır, səs-küy yaradır. Ulduzun düşdüyü yeri araşdırmağa başlayırlar, mediada manşetlər olur. 

Şou biznesimizdəki ulduzlarla elə göydəki ulduzları müqayisə etsək, danışmaz faktdır ki, Röya çox böyük, nəhəng ULDUZ, lap belə meteoritdir...

Röyanın adı hansısa qalmaqalda hallandısa, adın uyğun günlər, həftələr davam edir. Sanki deyir ki, mən təkcə ifalarımla yox, lap belə qalmaqallı hərəkətlərimlə də Röyayam. 

Röyanın qalmaqallı hərəkətinə bir sıra məşhur etirazını aşkarcasına etdi. 

Amma ən çox diqqət çəkən Röyanın bir zaman qalmaqal yaşadığı aktrisamız Məlahət Abbasovanın açıqlaması oldu. Araları heç də yaxşı olmayan Məlahət xanımın açıqlaması media üçün yem oldu. Aktrisa müğənniyə bir növ əxlaq dərsi keçirdi:
""Dekabrın 31-də elə bil şəhid analarına acıq verirdi. Hamı əlbəttə ki, evindədir. Gülür, danışır, öz aralarında Yeni ili təbrik edirlər. Amma durub evində rəqs edib paylaşmırlar. Bu, ayıbdır. Xalqın gözünün içinə soxmaq lazım deyildi. Belə həssas bir vaxtda bu hərəkətin səni gözdən saldı. Həm də ağdamlıyam deyirsən. Mahnıların yaxşı ola bilər, amma nə əxlaqın var, nə insanlığın. Özü də anasan".
M. Abbasovanın açıqlamasına Röya sussa da, aktrisanın həmkarı Sərxan Kərəmoğlu od püskürdü. O, aktrisa haqda indiyədək açıqlanmayan bir sıra şokedici faktlar açıqladı:

"Əxlaq dərsi ? İnsanlıq dərsi ? Kim deyir bunları MƏLAHƏT? Sən MƏLAHƏT, mən 2009-cu ildə İstanbula köçdüm orada mənim evimə gələ gələ mənim evimi dağıtdın.Sənsən İNSANLIQ dərsi keçən?"TRT AVAZda"mənə iş təklifi gəlmişdi.Gedib orda müdürə əxlaqsız sözlər dedin ki,guya mən sənin haqqında belə helə demişəm.Sənsən ƏXLAQ dərsi keçən?Toyuna bir həftə qalmış dəvətnaməsi paylanan bəyi,nişanlını Bakıda qoyub İstanbula qastrola gedib orada qaldın və Türkə ərə getdin,ailən isə oldu pərişan.

Sənsən ƏXLAQ  dərsi keçən?Mənə gələn Serial təklifini özünə çevirdin və çörəyimə 2-ci dəfə bais oldun.Sənsən İNSANLIQ dərsi keçən?Bu nə zəmanədir kimdə nə yoxdursa onunla öyünür hə?Məlahət Abbasova sənin ümumiyyətlə Azərbaycan Mədəniyyəti və İncəsənəti  camiyəsi haqqında danışmağa haqqın çatmır.Röya səhv edib özü bilər qarışa bilmərəm çünkü Xalq bilər Roya bilər.Səni kim asqırdı bu söhbətin içinə?"

İsa Şükürov

Shownews.Az
Oxşar xəbərlər
z